Saxta diplomu olan adama hörmətlə yanaşsaq, təhsil irəli getməyəcək - Nazir

"Nə vaxta qədər ki, saxta diplomu olan adama hörmətlə yanaşqcağıq, cəmiyyətdə təhsil irəli getməyəcək".

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim – keyfiyyətli təhsil" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, xüsusilə təhsildə saxtakarlıq, plagiat, yalan danışmaq kimi məqamlar qınanılmalıdır və qəbul edilməməlidir:

"Həqiqətən də o şəxslərə hörmət edilməməlidir. Düşünürəm ki, bu, çox vacib insani dəyərdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı