Yüksək bal toplayan müəllimlərlə bağlı planlarımız var - Nazir

Yüksək bal toplayan müəllimlər metodist kimi fəaliyyət göstərə biləcək.

Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Onun sözlərinə görə, hazırda təhsildə metodist yoxdur. Yüksək bal toplayan müəllimlərin seçilməsi ilə bu xidmət formalaşdırılacaq:

"Seritikasiyadan keçən müəllim mütləq həvəsləndirilir. Ona görə də, sertifikasiyadan keçən müəllimin maaşına 10% əlavə olunur. Bizim məqsədimiz ən yüksək nəticə nəticə toplayan müəllimi də tanımaqdır. Bizim planımız var. Biz metodik xidmət formalaşdırmalıyıq. Bu, hazırda bizdə yoxdur. 51 bal gələcəkdə bu müəllimlərin metodist və təhsil idarəçiləri kimi seçimlərində kömək olacaq. Yüksək nəticə göstərən müəllim gələcəkdə metodist kimi fəaliyyət göstərə biləcək. Hazırda bu proses davam edir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR