4 bürc üçün xoş xəbər: Bu tarixdən taleyiniz dəyişəcək

İlin ən mühüm astroloji hadisələrindən biri 17 iyul 2023-cü ildə baş verəcək.

Metbuat.az xəbər verir ki, həmin gün Ay Buğa - Əqrəb oxundan çıxıb Qoç - Tərəzi oxuna keçəcəkdir.

Bəs bu vəziyyətdən hansı bürclər təsirlənəcək?

Bu tarixlərdə Buğa, Şir, Əqrəb və Dolça bürclərinin bir ildən çox davam edən çətinlikləri nəhayət başa çatacaq

2021-ci ilin Noyabr ayından etibarən bu dörd bürclər olduqca böyük sınaqlardan keçməli olmuşdular. Amma qarşıdan gələn günlərdə onların taleyini dəyişəcək.

Buğalar həm sağlamlıq, həm də ailə və münasibətlər baxımından seçimlərini ön planda tutacaqlar. Şəxsi həyatınızda sülh və tarazlıq axtaracaqsınız. Ailə üzvləri ilə daha çox vaxt keçirmək və münasibətlərinizi gücləndirmək imkanı olacaq. Karyeranızda da müsbət irəliləyişlər gözləmək olar. Sizi maliyyə baxımından sabit dövr gözləyir.

İyul ayı Əqrəblər üçün yeni başlanğıclar gətirəcək. Amma onlar maliyyə baxımından diqqətli olmalıdırlar. Sevgi həyatınızda da ehtiraslı və dərin hisslər yaşaya bilərsiniz. Bununla belə, münasibətlərdə səmimiliyə və etibara dəyər verməyiniz yaxşı seçim sayıla bilər.

Dolça və yüksələni Dolça olan şəxslər iyul ayında maddi cəhətdən güclənəcəklər. Onlar üçün gözlənilməz gəlir qapısı ilə açılacaq. Kimdənsə ev miras qala bilər. Hətta avtomobil alışı iyul ayında baş tuta bilər. Həmçinin dolçalar üçün də ilin ikinci yarısından etibarən eşq həyatlarında müsbət yeniliklər gözlənilir.

İyulda Şirlər həyatlarını yenidən dəyişə biləcəklər. Başqaları ilə anlaşmaq Şirlər üçün asan olacaq və kiminsə xoşuna gəlmək istəyirsinizsə, bunun üçün səy göstərməyə ehtiyac qalmayacaq. Romantik davamı olacaq tanışlıq mümkündür. Köhnə dostlarla görüş sizi sevindirəcək. Böyük ideyalarınızı reallaşdırmaq üçün şanslı günləriniz elə də uzaqda deyil.

AİDƏ / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı