"Araz-Naxçıvan" "Qarabağ"a qalib gəldi - Azərbaycan Kuboku

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Araz-Naxçıvan" "Qarabağ"a qalib gəlib.

Metbuat.az-ın məlumatına görə, "Liv Bona Dea Arena"da baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. Felipe Santos İssuf Paroya qarşı kobud oyuna görə təyin olunan penaltini 28-ci dəqiqədə qola çevirib.

Günün digər qarşılaşmasında "Neftçi" "Sabah"ı qəbul edəcək. Matç saat 19:30-da start götürəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı