Azərbaycan dəmir yolları ilə ümumi yük daşıma 7% artıb

2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 9 157 703 ton yük daşınıb.

Metbuat.az Azərbaycan Dəmir Yollarına (ADY) istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb.

Qeyd edək ki, dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 378 078 ton yük idxal olunub, 1 666 091 ton yük isə ixrac olunub.

Dəmir yolları ilə ölkə daxilində 1 585 836 ton yük daşınıb. Tranzit yük daşımaları üzrə göstərici bu ilin 6 ayında 3 527 698 ton təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı