Paytaxtın daha bir küçəsində dayanma-durma qaydasını pozan sürücülər kamera vasitəsilə cərimələnir. Bu barədə cərimələnən sürücülərdən biri sosial şəbəkə hesabında paylaşım edib.
Metbuat.az Avtosfer.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Moskva prospektindən gedir. Belə ki, bir çox sürücülər geriyə dönmə yerlərində dayanaraq avtomobili park edirlər və ya sərnişin mindirib-düşürürlər. Cərimə yazıldıqda isə sürücülər həmin yerdə dayanma-durmanı qadağan edən nişanın olmadığını əsas gətirirlər.
Qeyd edək ki, geriyə dönmə yerlərində nişan olmasa da belə dayanmaq qadağandır.