"Rusiya və Türkiyə liderləri Vladimir Putin və Tayyib Ərdoğanın görüşünün vaxtı və tarixi ilə bağlı məlumat yoxdur. Bu səfərin baş tutmasına əmin olduqdan sonra açıqlama veriləcəkdir".
Metbuat.az xəbər verir ki, bu açıqlamanı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Ərdoğan arasında avqustda görüşün mümkün olub-olmaması sualına cavab verən zaman verib.
Qeyd edək ki, Türkiyə lideri ötən həftə bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putinin yaxın iki ay ərzində Türkiyəyə səfəri gözlənilir.