Şizofreniya ilə bağlı yeni araşdırma: Erkən diaqnoz mümkün ola bilər

ABŞ-nin Harvard Universitetinin Tibb fakültəsinin bir qrup araşdırmaçısı Eduardo Mauri rəhbərliyində şizofreniya xəstəsi olan və olmayan 25 min şəxsdən qan nümunələri götürərək genetik məlumatları incələyiblər.

Metbuat.az "Science Alert"ə istinadən xəbər verir ki, araşdırma şizofreniya hüceyrələrinin heç də həmişə irsi olmadığını, erkən hamiləlik dövründə inkişaf edə biləcəyini ortaya çıxararaq erkən diaqnoz qoyula biləcəyini göstərib.

2017-ci ildə laboratoriyada yaradılan hüceyrələrin incələndiyi araşdırmada sürətlə bölünən və fərqliləşən düzənsiz beyin hüceyrələrinin şizofreniyaya yol aça biləcəyinə dair dəlillər tapılmışdı. 2021-ci ildə isə, hamiləlik zamanı plasentada (cift) olan və şizofreniya ilə əlaqəsi olduğu kəşf edilən genlərə rast gəlinib.

Son olaraq aparılan bu araşdırmada isə, "NRXN1" və "ABCB11" olaraq adlandırılan, şizofreniya iləəlaqəsi olan iki gen müşahidə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı