Bakıda məşhur “Narşərab” restoranında yanğın - FOTO

Səbail rayonunda yerləşən məşhur “Narşərab” restoranında yanğın olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə restoranın dam hissəsində baş verib.

FHN-dən bildirilib ki, “112” qaynar xəttinə “Narşərab” restoranının tüstü bacasında ani alışma baş verməsi barədə məlumat daxil olub.

Yanğın qısa müddətdə söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR