"Hamımız Ərdoğanın ayağını yalayacağıq” - Olay sözlər

Fransada fəaliyyət göstərən “LCI” kanalının əməkdaşı, jurnalist Darius Roşebin adını açıqlamadığı bir fransız diplomatın Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı etirafını paylaşıb.

Metbuat.az xəbər verir ki, Roşebinin sözlərinə görə, fransız diplomat “NATO sammitində hamımız Ərdoğanın ayağını yalayacağıq” deyə bildirib.

O sosial media hesabındakı paylaşımda fransız diplomatın sözlərini sitat gətirib:

“NATO zirvəsinin keçiriləcəyi Vilnüsdə hamımız Ərdoğanın ayağını yalayacağıq”.

Jurnalist, fransız diplomatın Ərdoğan barədə sözlərini hansı toplantıda dediyi barədə məlumat paylaşmayıb.Jurnalistin sözlərinə görə, Fransanın hakim dairələri Türkiy ədəki seçkilərdə Ərdoğanın iqtidardan gedəcəyini proqnoz edibmiş. Lakin Ərdoğanın seçkilərdə qalib olması, bir sıra Qərb ölkələri kimi Fransa üçün də arzulanan olmayıb. Roşebin paylaşımında Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərinə də diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı