Ağcabədidə toyda kütləvi zəhərlənmə - 34 nəfər xəstəxanaya yerləşdirildi

Ağcabədi rayonunun Rəncbərlər kəndində ev şəraitində təşkil olunan məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub.

"Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcəkdir", - məlumatda qeyd edilib.

xxx

Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib.

Hadisə ötən gün qeydə alınıb.

Belə ki, Ağcabədidə toy mərasimində iştirak edən 34 nəfər zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zəhərlənənlərdən 33 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. bir nəfərin müalicəsi isə davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı