"Real" Mbappe üçün iki futbolçusunu fəda etdi

“Real Madrid” Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappeni transfer etmək üçün büdcə formalaşdırmaq istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat verib. Bildirilir ki, “Real” buna görə iki futbolçusunu sata bilər. İddialara görə, Madrid klubu Orelien Tçuameni və Federiko Valverde ilə yollarını ayıra bilər. “Real Madrid” bu iki futbolçunun satışında 150 milyon avroya yaxın gəlir əldə etmək istəyir.

Qeyd edək ki, PSJ klubu müqaviləni yeniləmədiyi üçün Kilian Mbappenin başqa kluba transfer olmasına razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR