Razılaşma tamamlandı - Rekord məbləğə türk nəhənginə keçir

“Qalatasaray” Mauro İkardinin transferini yekunlaşdırmaq üzrədir.

Metbuat.az "Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” futbolçunun özü ilə yanaşı PSJ klubu ilə də razılıq əldə edib. Məlumata görə, “Qalatasaray” PSJ-yə 10 milyon avro ödəyəcək. “Qalatasaray”İkardi ilə 3+1 formasında razılıq əldə edib. Klubun futbolçunun özünə ödəyəcəyi illik məvcib isə 10 milyon avro olacaq. Bununla da, Mauro İkardi Superliqa tarixinin ən bahalı futbolçusu kimi tarixə düşəcək. Argentinalı ulduz liqa tarixinin ən çox maaş alan futbolçusu olacaq.

Əvvəllər bu rekord 5 milyon avro ilə Radamel Falkaoya məxsus idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı