“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başa çatıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb.

Meydan sahibləri 25-ci dəqiqədə Kike Qomeslə hesabı açsa da, 58-ci dəqiqədə Redon Cica bərabərlik qolunu vurub. Yasin Benzianın 90+4-cü dəqiqədə vurduğu qol isə ağdamlılara qələbə qazandırıb - 1:2.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR