Üçüncü dünya müharibəsi yaxınlaşır - Rusiya xəbərdarlıq etdi

Rusiya NATO sammitində qəbul edilən Ukraynaya silah yardımının artırılması qərarına sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərbin qərarları üçüncü dünya müharibəsini yaxınlaşdırır:

"Dəli Qərb başqa heç nə düşünə bilmir. Onlar axmaqlıq həddinin proqnozlaşdırıla bilən ən yüksək səviyyəsindədirlər. Bu, çıxılmaz nöqtədir. Üçüncü dünya müharibəsi yaxınlaşır”.

Qeyd edək ki, Litvada keçirilən NATO liderlərinin zirvə toplantısında qəbul edilən qərarlardan biri də Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya silah yardımının artırılmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı