İnsanı yavaş-yavaş zəhərləyir - Dünyanın ən pis qidasıdır

Yeməyin dadını daha dadlı etmək üçün çoxlu bir çox inqrediyentlər əlavə olunur. Bu materialların bəzilərini əldə etmək çətin olduğundan, daha praktik həllərə müraciəd edirik.

Amma fərqində olmadan saysız-hesabsız xəstəliklərə səbəb ola biləcək qidaları da mətbəximizə gətirmiş oluruq. Söhbət ət və toyuq bulyonlarından hazırlandığı iddia edilən yemək dadlandırıcılardan gedir.

Metbuat.az xəbər verir ki, yeməklərin dadına dad qatmaq istəyənlər çox vaxt ət və toyuq şirələrindən istifadə edirlər. Ancaq bir çox insanlar ət və toyuq bulyonunun hazırlanmasının çətin olduğunu düşünüb bu səbəbdən bulyondan istifadəyə üstünlük verirlər. Bulyonların da faydalı olduğunu düşünən insanlar yanılırlar. Mütəxəssislər ət və toyuq bulyonlarının sağlamlıq üçün böyük təhlükə olduğunu bildirirlər.

Məsələ ondadır ki, bulyonların tərkibində Mono natrium glutamat (MSG) adlı zərərli maddə var. Çin duzu adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli hesab edilir. Bir çox xəstəliklər yaradaraq orqanizmi məhv edən məhsulun zərəri həqiqətən inanılmazdır. Bu bulyonlar insanlarda

“Alzheimer”, “Parkinson” , “Epilepsiya” və “Huntington” xəstəliklərinə səbəb olur . MSG istehlakı həmçinin yağ yığılmasına, doyma mexanizmində pozğunluğa, piylənməyə, böyümə hormonunun basdırılmasına, mədəaltı vəzin zədələnməsinə, insulinin artmasına və buna uyğun olaraq diabetə , böyrək və qaraciyərə də zərər verir. Xüsusilə hamiləlik dövründə bu məhsulların istifadəsi mütəxəssislər tərəfindən çox əlverişsiz hesab edilir. Hamiləlik dövründə tərkibində Çin duzu olan qidaların istehlakının ən böyük zərəri onun plasentanı keçməsi və birbaşa körpəyə zərər verməsidir.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı