Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır - Stoltenberq

Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə deyib. Stoltenberq NATO-nun dövlət və hökumət başçıları sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı keçirib. Ukraynanı dəstəkləməyin NATO müttəfiqləri üçün vacib olduğunu bildirən Yens Stoltenberqin sözlərinə görə, Ukraynanın öz yolunu seçmək hüququ var:

“Biz Ukraynanı üzvlüyə yaxınlaşdırırıq. Mən Zelenski ilə müttəfiq kimi görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm. Müharibə başa çatdıqdan sonra biz Ukraynanın təhlükəsizliyi üçün vacib qaydalar təqdim etməliyik. Ukraynanın həmişə öz yolunu seçmək hüququ var. Buna Moskva qərar verməməlidir. Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır”, - Stoltenberq bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı