Lənkərandakı Dairəvi qalanın damı niyə şiferlə örtülüb? - AÇIQLAMA / FOTO

Sosial mediada Lənkərandakı Dairəvi qalanın damının şiferlə örtülməsinin fotoları yayılıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb: "Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub".

Bir mətn şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı