Zelenskiyə niyə heç kim yaxın durmayıb? - Sammitin pərdəarxası

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvəsinin ilk günündə Ukrayna Prezidenti Vladimir Zelenskinin əsəbiləşdiyi və soyuqqanlılığını itirdiyi iddia edilib.

Metbuat.az xəbər verir ki, “Bloomberg” Vilnüsdə keçirilən NATO liderlərinin zirvə toplantısının pərdəarxası ilə bağlı yazıb. Bildirilib ki, NATO liderləri Zelenskinin davranışlarına görə, ona qəzəblənib və sonradan onu sakitləşdiriblər. “Bloomberg” Zelenskinin Qərb ölkələri ilə qəzəbli tərzdə ünsiyyət qurduğunu vurğulanıb. KİV-lər Zelenskinin çıxışlarında ton dəyişikliyini qeyd ediliblər. Məlumata görə, Zelenskinin qəzəblənməsinə Qərb liderlərinin Ukraynaya NATO-ya üzv olması üçün dəqiq vaxt cədvəli vermək istəməməsi səbəb olub.Vilnüsdəki şam yeməyində liderlər Zelenskiyə açıq mesajlar veriblər.

Onlar Zelenskini sakitləşməyə çağırıb və Ukraynaya ayrılmış paketə baxmasını tövsiyyə ediblər. Məlumata görə, ardınca Zelenski sakitləşib. Liderlər onu deyiblər ki, müharibə davam edərkən Ukraynanın NATO-ya üzv olması mümkün deyil.

Qeyd edək ki, Vladimir Zelenskinin şam yeməyi vaxtı çəkilən fotoda tək olduğu diqqət çəkmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı