Bu içməli suların ölkədə satışı qadağan edildi

Xəbər verdiyimiz kimi, AQTA qablaşdırılmış içməli sularla bağlı aparılan yoxlamaların nəticəsini açıqlayıb.

Metbuat.az xəbər verir ki, mikrobioloji göstəricilərində uyğunsuzluq aşkar edilən 4 müəssisə və həmin müəssisələrdə emal olunan məhsullarla bağlı tədbir görülüb.

Belə ki, aşkarlanmış nöqsanlarla bağlı hər bir sahibkar barəsində protokol tərtib edilib. Həmin məhsulların emalı və satışı dayandırılıb, qanunvericiliyin tələblərinə uyğun olmayan etiketlərin istifadəsi qadağan olunub və həmin etiketlər məhv edilib. Eyni zamanda, məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı sahibkarlara icrası məcburi göstərişlər verilib.

Bu istehsalçılar "Aria", "Muğanlı", "Qafqaz Aqua", "Qornaya"dır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı