Ərdoğan həmsöhbətinin zəif anını bilən siyasətçidir - KİV

Xarici KİV-lər Vilnüsdə keçirilən NATO sammiti ilə bağlı diqqətçəkən təhlillər edirlər.

Metbuat.az xəbər verir ki, “Guardian” qəzetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdakı siyasi davranışlarından bəhs edilib. Müəllifi Patrick Vintourun olduğu təhlildə qeyd edilir ki, Ərdoğan hansı həmləsini nə vaxt edəcəyini bilən ustad siyasətçidir.

“Ərdoğanın müzakirə metodlarını izləyən hər kəs onun neçə siyasət ustadı olduğunu bilir və o, son həmləsini etməzdən əvvəl həmsöhbətinin ən zəif anını gözləyir” – təhlildə deyilir.

Xarici KİV-lər Prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə göndərmək öhdəliyinin sürpriz olduğunu yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı