​Kosovo parlamentində dava düşdü - VİDEO

Kosovo Assambleyasında iqtidar və müxalifət deputatları arasında dava düşüb.

Metbuat.az xəbər verir ki, Kosovo Demokratik Partiyasının deputatı Mergim Luştaku Kosovo Məclisində çıxış edən baş nazir Albin Kurtiyə plastik su şüşəsi atıb. Hakim deputatlar hadisəyə dərhal reaksiya verib və baş nazir Kurtini qorumaq üçün onun ətrafına toplaşıblar. Bundan sonra iqtidar və müxalifət deputatları arasında yumruq davası başlayıb. Hücum baş nazir Kurti Kosovonun şimalında gərginliyi azaltmaq üçün Avropa İttifaqı ilə əldə olunan razılaşmadan danışarkən baş verib.

Gərginlikdən sonra Kosovo Assambleyasının sədri Qlauk Konjufca iclası yarımçıq dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı