Mustafa Babanlının yerinə bu şəxs təyin olundu - RƏSMİ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə ADNSU-dan məlumat verilib.

Belə ki, ADNSU-da Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub. Elm və Təhsil Nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı