Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1970-ci il təvəllüdlü Roma Qarayevin hündürlükdən yıxılması səbəbindən müxtəlif bədən xəsarətləri alaraq çökək ərazidə köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR