"Təhsil haqqında" qanuna əsasən, universitet rektorları 5 il müddətinə təyin olunmalıdırlar. Rektorların əksəriyyəti isə 10 il müddətini ötüb. Digərləri isə bu müddətə yaxınlaşırlar".
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib. O bildirib ki, "Təhsil haqqında" qanunun indiki situasiyada tətbiqi çox vacibdir:
"20 ildən çox, hətta 32 il işləyən rektorlar var. 30 ildən çoxdur ki, müstəqillik qazanmışıq, bir universitet belə məşhur reytinqlərdə yer almayıb".