“Musa cərimə meydançasının xaricinə çıxıb künc bayrağı yaxınlığında qol epizodu axtaran hücumçulardan deyil”.
Metbuat.az-ın məlumatına görə, bunu İsveçin “Yurqorden” komandasının baş məşqçisi Tomas Lagerlöf yeni transfer Musa Qurbanlı barədə danışarkən deyib.
52 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisinin futbolçusu daim cərimə meydançasına daxil olmaq istəyən əsl doqquz nömrədir:
“Hər zaman hərəkətlidir və qol vura biləcəyi boş sahələr axtarır. Zəhmətkeş, fiziki cəhətdən güclü və son nöqtəni qoymağı bacaran oyunçudur. Başı, sağ və ya sol ayağı ilə fərqlənə bilir”.
Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.