İran Klinikası niyə bağlanıb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən İran Klinikasının bağlanması ilə bağlı məlumat yayılıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, klinikada plandankənar yoxlamalar aparılıb və nöqsanlar aşkalanıb:

"Qeyd edilən klinikada plandankənar yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması məqsədi ilə qanuna müvafiq olaraq klinikaya müddət verilib. Növbəti yoxlamalar zamanı aşkarlanan nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadığı məlum olub. Bunları nəzərə alaraq müvafiq materiallar aidiyyatı üzrə lisenziya verən dövlət qurumuna təqdim edilib".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı