Nümayəndələr Palatası müdafiə büdcəsi layihəsini qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası müdafiə büdcəsi haqqında qanun layihəsini qəbul edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının 219 üzvü qanun layihəsinin lehinə, 210-u əleyhinə səs verib. Qanun layihəsi müdafiə xərclərini 5,2% artıraraq 886 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Ümumi rəyə görə layihə Senatda uğursuzluğa düçar olarsa, bu, ölkədə növbəti böhrana səbəb ola bilər.

Qanun layihəsi irqçiliklə mübarizə proqramlarının maliyyələşdirilməsini məhdudlaşdırır.

Qeyd edək ki, son 60 il ərzində Demokratlar və Respublikaçılar partiyaları arasında müdafiə büdcəsi ilə bağlı kompromis əldə olunmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı