Azərbaycanın ehtiyat fondlarından I yarımildə 129 milyon manat ayrılıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 129,2 milyon manat (61,7 milyon manatı Prezidentin ehtiyat fondundan, 67,5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb.

Metbuat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ayrılmış vəsaitin 61,3 milyon manatın maliyyələşdirilib.

Hesabat dövründə dövlət başçısının ehtiyat fondundan Horadiz-Zəngilan, Neftçala, Salyan və Sabirabad rayonlarında bir sıra avtomobil yollarının əsaslı təmiri və tikintisi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə və həyatını itirmiş şəxslərin ailə üzvlərinə müalicə və psixoloji dəstək xərcləri, İkinci Dünya müharibəsində iştirakla bağlı birdəfəlik maliyyə yardımları, habelə beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili məqsədi ilə istifadə olunub.

Dövlət büdcəsinin ehtiyat fondundan isə Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yardım daşınması və xilasetmə əməliyyatlarında iştirak xərcləri, “İşğaldan azad ediimiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı"nın formalaşdırılması və bir sıra digər istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı