Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 4 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 929 milyon 851 min ABŞ dolları dəyərində 1 milyon 435 min 160 ton yük daşınıb.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 94,1 % və 4 dəfə çoxdur.

O cümlədən, 6 ay ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 83 milyon 45 min ABŞ dolları dəyərində 38 min 395 ton yük ixrac olunub, 846 milyon 805 min ABŞ dolları dəyərində 1 milyon 396 min 764 ton yük idxal olunub. Son 1 ildə ixrac olunan yüklərin dəyəri 3,2 dəfə, həcmi 39,6 %, idxal olunan yüklərin isə dəyəri 86,7 %, həcmi 4,2 dəfə artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR