Rusiyadan NATO-ya xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova, NATO Hərbi Komitəsinin sədri Bauerin Rusiya barədə açıqlamalarına reaksiya verib.

Metbuat.az xəbər verir ki, Zaxarova Rusiyanın yenilənmiş nüvə doktrinasını xatırladıb. Zaxarova, "Görünür, onlar yenilənmiş nüvə doktrinasını sona qədər oxumayıblar" - deyə bildirib.

Qeyd edək ki, NATO Hərbi Komitəsinin sədri Bauerin Rusiya ərazisində yüksək dəqiqlikli silahlarla qabaqlayıcı hücumların həyata keçirilməsi ilə bağlı məsləhətləşmələr apardıqları barədə açıqlama verib. O, NATO-nun müdafiə ittifaqı olması fikrinə baxışın dəyişdiyinə diqqət çəkib və Rusiya ərazisində hücum sistemlərinin zərərsizləşdirilməsinin ağıllı seçim ola biləcəyini irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı