Azərbaycandan Fransaya ixrac edilən neftin həcmi açıqlandı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Fransaya 57 milyon 85 min ABŞ dolları dəyərində 89 min 712 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 61 milyon 554 min ABŞ dolları (51,9%), həcm baxımından isə 109 min 294 ton(54,9%) azdır.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan Fransaya 118 milyon 639 min ABŞ dolları dəyərində 199 min 6 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı