"Threads"in istifadəçiləri sürətlə azalmağa başladı

"Meta" şirkətinin yaxın zamanda "Twitter”ə rəqib olaraq təqdim etdiyi sosial media platforması “Threads”in istifadəçiləri azalmağa başlayıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, statistikalara görə, platformanın istifadəçi sayı və istifadəçilərin əlaqəsində sürətli azalma müşahidə edilir. Bu azalma xüsusən ilk günlərdə aktiv olan istifadəçilərdə görülüb. Şirkətin son günlərdə 20% azalma yaşadığı bildirilir.

Eyni zamanda insanların platformada keçidiyi müddətdə də azalma olub. İstifadəçilərin “Threads”də keçirdikləri vaxt 20 dəqiqədən 10 dəqiqəyə qədər azalıb.

Proqramı ən çox yükləyənlər isə Hindistan, Braziliya və ABŞ-dir.

Qeyd edək ki, platforma təqdim edildiyi ilk 24 saatda 70 milyon istifadəçiyə, daha sonra isə 100 milyon istifadəçiyə çata bilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı