Ərdoğan Qətərə səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Taninin dəvəti ilə paytaxt Dohaya gəlib.

Dövlət başçısını Həməd Beynəlxalq Hava Limanında Qətər baş nazirinin müavini və müdafiə naziri Halid bin Məhamməd Əl Atiyyə, Türkiyənin Dohadakı səfiri Mehmet Mustafa Göksu və digər şəxslər qarşılayıblar.

Bildirilir ki, Türkiyə Prezidenti Qətər Əmiri ilə təkbətək görüşdən sonra heyətlər arasında keçiriləcək görüşə qatılacaq.

Ərdoğan Əl Tani tərəfindən onun şərəfinə veriləcək rəsmi şam yeməyində də iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı