"Məkkəyə kiminsə pulu ilə getməmişəm" - Görüntüsü tənqid edilən Fülya - FOTO

Türkiyə prezidenti R.T. Ərdoğanın Körfəz ölkələrinə səfəri səbəbindən rəsmi təyyarə ilə Məkkəyə gedən türk jurnalist Fulya Öztürk Kəbə ətrafından paylaşdığı foto ilə tənqidlərə məruz qalıb.

Metbuat.az bildirir ki, sosial mediada bəzi istifadəçilər "Xalqın pulu ilə ziyarətə getdin" kimi ifadələr işlədiblər. Daha sonra Fulya Öztürk tvit paylaşaraq qeyd edib:

"Gecə 02:30-da getdim. Ürəyimdən keçdi. Hoteldə yatmaq istəmədim, qalxdım, getdim. Kiməsə zərərim yoxdur, kiminsə pulu ilə getməmişəm. Mənim üzərimdən özlərinə diqqət çəkmək istəyirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR