“Əl-Nəssr”in futbolçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Pro Liqasının ABŞ çempionatından üstün olması barədə açıqlaması müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, ABŞ-ın “Chivas”, “Philadelphia Union” və “FC Cincinnati” kimi komandalarında çıxış edən keçmiş MLS ulduzu Mayk Lahoud Ronaldoya cavab verib. Lahud “CBS Sports”a deyib:
"Ronaldo çox qəlyan çəkir. Səudiyyə Pro Liqasının bir ildən sonra Türkiyə və Hollandiya çempionatından üstün olacağını deməsi gülüncdür. Ronaldo bu açıqlamanı Lionel Messinin açıqlanmasından dərhal sonra verib. Messi 2026-cı il Dünya Çempionatı oyunlarının Şimali Amerikaya gəlməsindən danışıb. Biz bunu Kriştiano Ronaldo da gördük. Ronaldo “Juventus”dan ayrılandan sonra İtaliya A Seriyası haqqında dedikləri komandasını darmadağın etmişdi”.