​Qırğızıstanlı işgüzar xanım Venera Keldibekova beynəlxalq müsabiqədə laureat oldu

Gözəllik sənayesinin maraqlı və cazibədar sahələrindən biri də vizajistlikdir.Vizajistlərgözəllik mütəxəssisləridir. Onların peşəsi var olanı ən yaxşı variantda təqdim etməkdir. İlk baxışdan nə qədər asan və cazibədar görünsə də, bu peşənin özünəməxsus çətinlikləri var. İnsanlarla davamlı olaraq ünsiyyət, yaradıcılıq qabiliyyəti, yeniliklərə açıq olmaq. Yüksək keyfiyyətli makiyaj istənilən qadını yaxşıya doğru dəyişdirir.

Qırğızıstanlı işgüzar xanım Venera Keldibekova 7 ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərir. Gözəllik sahəsində özünü sübut etmiş təcrübəli vizajist istedadı, işinə olan sevgisi, çətinliklərə dözümü və gələcəyə inamı sayəsində həvəskar olaraq başladığı kiçik biznesi bu gün peşəkarların çalışdığı güclü komandaya çevrildi.

O, stilist vizajistlik üzrə Serdar Kambarov kimi bir çox dünya şöhrətli peşəkar ustalardan dərs alıb. Hazırda Bişkekdə 3 gözəllik salonu olan işgüzar xanımın nəzarəti altında 30-dan çox insan fəaliyyət göstərir.

O, xanımların gözlərində özgüvən və xoşbəxtlik görəndə sevinir.

Venera Keldibekova, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Accomplished MUA of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı