"Adi sudan 10 dəfə çox mineral var" - Zəmzəm suyu araşdırıldı

Türk genetika mühəndisi Dilarə Sarının zəmzəm suyu üzərində apardığı təcrübə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Metbuat.az bildirir ki, təcrübələrini "Youtube" kanalı üzərindən paylaşan mühəndis zəmzəm suyunu mikroskopla incələdikdən sonra əldə etdiyi nəticələrin möhtəşəm olduğunu deyib:

"Suyu buxarlandıraraq bu möhtəşəm kristalları əldə etdim. Zəmzəm suyu mineral baxımından çox zəngindir. Tərkibində xüsusən maqnezium, kalsium, sodium və kalium mövcuddur".

O bildirib ki, adi mineral sularla müqayisədə zəmzəm suyunda 10 dəfə çox mineral mövcuddur. Bu su həm dəri, həm də orqanlar üçün faydalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı