Türkiyənin Uşak Universitetinin Ədəbiyyat fakültəsinin məzun mərasimində tələbə qız LGBT bayrağını açıb.
Metbuat.az xəbər verir ki, görüntülər gündəmə gəldikdən sonra universitet rəhbərliyi araşdırmaya başlayıb. Universitet rəhbərliyinin açıqlamasına görə, mərasim zamanı tələbə LGBT bayrağını paltarında gizlədərək, səhnədə açıb. Təxribata imza atan tələbə qız haqqında istintaq başladılıb.