Lotereya tarixində rekord məbləğdə cekpot qazanıldı

ABŞ-də 1,08 milyard dollarlıq cekpot udulub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, uduş “Powerball” lotereyasından olub. Qalibin Kaliforniyadan olduğu bildirilib, adı isə açıqlanmayıb.

Mükafat qalibə 30 illik hissə-hissə ödənişlə və ya birdəfəlik 516,8 milyon dollar olaraq ödəniləcək.

Bu məbləğ “Powerball” lotereyası tarixinin ən böyük mükafatı olub. Buna qədər rekord uduş 2,04 milyard dollar, cekpot isə 1,586 milyard dollar olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR