DİM bu abituriyentlərə müraciət etdi

167 saylı tam orta məktəbdə 1601, 1701 və 15-ci komissiyalara aid rəsm fənni üzrə keçirilmiş qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq (1601 və 15-ci komissiya) və yapma (1701-ci komissiya) imtahanında iştirak etmək üçün imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 11 illik təhsil bazasında 1602-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyetlərin də imtahana buraxılış vərəqəsi qeydiyyatdan keçdikləri səhifələrində yerləşdirilib.

Qabiliyyət imtahanlarının qrafiki Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR