​İsveç Bağdaddakı səfirliyini bağladı

İsveç Bağdaddakı səfirliyini bağlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsveçin rəsmi mənbələri məlumat verib. Qeyd edək ki, Stokholmda Quranın yandırılmasına etiraz olaraq, İsveçin Bağdaddakı səfirliyinin binası yandırılıb. Hadisələrdən sonra İsveçin Bağdaddakı səfirliyi səfirliyin bağlandığını açıqlayıb. Səfirliyin yenidən nə vaxt fəaliyyətə başlayacağı barədə açıqlama verilməyib. İsveçin xarici işlər naziri Tobias Billström İraq hökumətinin diplomatik nümayəndəliklərini qoruya bilmədiyini bildirib.

O bəyan edib ki, Bağdaddakı səfirliyə basqın edilməsi qəbuledilməzdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı