Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Mustafa Əhmədovun "VAZ" markalı avtomobil ilə toy karvanında sürücülük hüququ olmadan, yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratması məlum olub. Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əhmədov 18 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bundan başqa, keçirilən mütəmadi tədbirlərlə avtomobillərinə qanunsuz konstruksiya dəyişikliyi edən şəxslər barəsində də qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişiklik aradan qaldırıldıqdan sonra avtomobillərin istismarına icazə verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı