2023-cü ilin ilk yarısında Azərbaycan sənət aləmində bir çox tanınmış şəxs həyatını itirib. Onlar arasında tanınmış Xalq artistləri və Əməkdar artistlər, jurnalistlər də var.

Metbuat.az onların siyahısını təqdim edir:

Əməkdar artist Tünzalə Əliyeva

2023-cü il qədəm qoyar-qoymaz əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyindən vəfat etdi. Yanvarın 22-də vəfat edən 49 yaşlı aktrisa "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Tünzalə Əliyevanın məzarında niyə şəkil yoxdur?

Xalq artisti Ramiz Novruz

Xalq artisti Ramiz Novruz fevralın 21-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mərhum uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aktyor Yasamal rayonunda yerləşən evindəki vida mərasimindən sonra “Qurd qapısı” qəbiristanlığında dəfn edildi.

2023-də vəfat edən tanınmışların ölüm səbəbləri:

Jurnalist Ellada Mustafayeva

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva fevralın 28-də vəfat edib.

ellada-mustafayeva-vefat-etdi

İlahiyyatçı Hacı Şahin Həsənli

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli bu ilin martın 2-də dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşında infarktdan həyatını itirib. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olunub.

Hacı Şahin kim idi... - Mərhum ilahiyyatçının DOSYESİ

“SOY” prodakşının rəhbəri

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev mart ayının 22-də yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Dəhşətli yol qəzası - Oqtay Əliyev dünyasını dəyişdi (VİDEO)

Xalq artisti Aftandil İsrafilov

Azərbaycanın tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov aprel ayının 29-da ürəyi dayanıb. Onun böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.

Aftandil İsrafilovun ölüm səbəbi açıqlandı

Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov

May ayınını 29-da Elxan Məmməd oğlu Qasımov səhhətində yaranan problem səbəbindən vəfat edib.

sofer-ehmed-vefat-etdi

Deputat Madər Musayev

İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil ürəktutmasından vəfat edib.


Deputat Madər Musayev VƏFAT ETDİ

Jurnalist Natəvan Babayeva

Uzun illər keçmiş ANS-də çalışan jurnalist, aparıcı Natəvan Babayeva xərçəng xəstəliyindən iyulun 20-də vəfat edib.

Natəvan Babayeva vəfat etdi | "ELÇİ"