Polşanın qərbi Stalinin ölkəyə hədiyyəsidir - Putin hədələdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Putin bildirib ki, Polşa Ukraynadakı münaqişəyə müdaxilə etmək istəyir. Ukraynanın on minlərlə əsgərini itirdiyini deyən Putinin sözlərinə görə, Polşa liderləri NATO-nun nəzdində koalisiya yaratmaq və Ukraynadakı münaqişəyə müdaxilə etmək istəyir. Putin Polşaya xəbərdarlıq edib:

"Polşanın qərbi Stalinin ölkəyə hədiyyəsidir, Polşa bunu unudub. Biz bunu onlara xatırladacağıq", - Putin bildirib.

Belarusa hücumun Rusiyaya hücum demək olduğunu vurğulayan Putin, Rusiyanın Belarusa qarşı istənilən hücuma bütün gücü ilə cavab verəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı