​Psixoloq Vüsalə Allahverdiyeva beynəlxalq layihədə təltif olundu

Psixologiya son dövrlərin ən tələbatlı sahələrindəndir. Dinamik həyat tərzi sürətli inkişafın insan psixologiyasına təsiri danılmazdır. Belə olan halda təbii olaraq, psixoloqlar ən çox ehtiyac duyulan peşə sahiblərindən birinə çevrilir. Azərbaycanda bu sahədə kifayət qədər statuslu psixoloqlar var. Vüsalə Allahverdiyeva onlardan biridir. Uğurları ilə adından söz etdirən təcrübəli psixoloq qısa zaman öncə beynəlxalq mükafatlandırma mərasimində laureat olub.

Vüsalə Allahverdiyeva, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində bakalavr təhsili alıb. Bu sahədə təkmilləşən psixoloq, təhsilini xaricdə davam etdirir. O, Draqamonov adına Ukrayna Dövlət Universitetində magistr təhsili alır.

Hazırda psixoterapevt, life coach kimi fəaliyyət göstərən Vüsalə Allahverdiyevanın iş metodunaailə, cütlük terapiyası, hipnoz, aksess, bioenerji, şüuraltı təmizləmə proqramları daxildir.

Dövlət layihələrində psixoloq olaraq fəaliyyət göstərən uğurlu xanım Vüsalə Allahverdiyeva, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Talented Psychologist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR