Naxçıvanda qızıl və gümüş nişana layiq görülən məzunların sayı açıqlandı

Muxtar respublika üzrə 2022-2023-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş nişanlara layiq görülən məzunların da sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən məumata görə, ötən tədris ilində muxtar respublikada XI sinfi bitirən 20 məzun qızıl, 24 məzun isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR