Zaqatalada itən turist danışdı - Buna görə azıblarmış / VİDEO

İyulun 23-ü səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər - Əli Əlizadə və Əbdül Rzayev dağlıq ərazidən təxliyə olunublar.

Metbuat.az xəbər verir ki, Bakıya qayıdan Əbdül Rzayev yaşadıqları o qorxunc iki gündən Apa TV-ə danışıb.

Gecələdikləri dərədə ayı gordüklərini bildirən müsahibimiz yırtıcı heyvandan uzaqlaşmaq üçün yollarını dəyişdiklərini və bundan sonra vəziyyətin daha da çıxılmaz hal aldığını bildirdi.

Əbdül Rzayev deyir ki, bu günlərdə həyatda qalmağımıza kömək edən ən böyük amillər çadır və ehtiyat qidamızın olması idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı