Muattar Raupova beynəlxalq layihədə təltif olundu

Özbəkistanlı tanınmış işgüzar xanım və kosmetoloq Muattar Raupova biznes sferasına gənc yaşlarından qədəm qoyub. Bu gün o müxtəlif istiqamətlərdə bir sıra uğurlu layihələrin müəllifidir.

Muattar Raupovanın biznes şəbəkəsinə Dr. Muattar Estetik klinikası, lisenziyalı kosmetoloqlar akademiyası, tibbi və kosmetoloji avadanlıqların idxalı ilə estetik təbabət daxildir. Onun mərkəzində kosmetoloji istiqamətdə üzün cavanlaşdırılması üzrə bütün müasir avadanlıqlar mövcuddur. Burada dəri üzərində mezoterapiya, biorevitalizasiya, yaşla əlaqəli dəri dəyişikliklərinin inyeksiya ilə korreksiyası peşəkarlıqla həyata keçirilir.

Öz bilik və bacarıqlarınıartırmaq, fəaliyyət göstərdiyi sahə üzrə dünya standartlarının tələblərinə cavab vermək məqsədilə Muattar Raupova hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres və seminarlarda iştirak edir.

Onun artıq bu sahədə çalışan 1000-dən çox tələbəsi var.

Muattar Raupova Özbəkistanda xüsusilə qadın biznesinin inkişafına böyük töhfə verir.

Muattar Raupova, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The İnnovative Health Enterpreneur of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR