Məşqçilik üzrə qabiliyyət imtahanlarına start verildi

Bədən tərbiyəsi və idman istiqamətinin 61-ci komissiyasına aid məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanlarına start verilib.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, imtahanlar avqustun 7-dək davam edəcək. İmtahanlar əsasən Bakıda, avqustun 7-də isə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində keçiriləcək.

Məşqçilik ixtisasına qəbul olmaq istəyən abituriyentlər 20 idman növü üzrə qabiliyyət imtahanı verirlər.

Abituriyentlərə imtahan zamanı idman hərəkətləri, normativlər və təhlükəsizlik qaydaları izah olunur. Müvafiq idman növləri üzrə normativlərin icrası üçün abituriyentlər zəruri avandalıqlarla və tərəf müqabili ilə təmin olunurlar.

Əlavə olaraq bildiririk ki, Naxçıvan Muxtar Respublikasında yaşayan və Bakıda ixtisas imtahanı verəcək 20 nəfər abituriyent üçün təyyarə biletləri Gənclər və İdman Nazirliyi tərəfindən təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR